Meksika çempionatında yarımmüdafiəçi rəqibini dişlədi

Meksika çempionatında yarımmüdafiəçi rəqibini dişlədi
00:49 8 Aprel 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Meksikanın “Tixuana” klubunun yarımmüdafiəçisi Xuan Aranqo ölkə çempionatı çərçivəsində “Monterrey”ə qarşı keçirilən oyunda rəqib futbolçunu dişləyib.
 
 
Trend-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, X.Aranqo rəqibin çiynindən dişləyib.
 
 
Hakim həmn məqamı görməyib və oyunçunu cəzalandırmayıb. Bununla belə, futbolçu cəzasız qalmayıb. Onu iki oyun diskvalifikasiya ediblər.
 
 
Xəsarət almış müdafiəçi sonradan dişlənmiş çiyninin şəklini sosial şəbəkədə yayıb.
 
 
X.Aranqo bu hərəkəti ilə 2014-cü il dünya çempionatında Luis Suaresin italiyalı Corco Kyellinini dişləməsini xatırladıb.
 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR