ABŞ bu silaha görə geri çəkildi

ABŞ bu silaha görə geri çəkildi
00:01 8 Aprel 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın raketdən müdafiə sistemi Rusiya və Çinin nüvə raketlərinə qarşı acizdir.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ müdafiə nazirinin nüvə siyasəti məsələləri üzrə müavini Eleyn Bann açıqlama verib.

O bildirib ki, Birləşmiş Ştatlar Rusiya və Çinə qarşı yönəlmiş raketdən müdafiə sistemi yaratmaq niyyətində deyil.

Onun sözlərinə görə, ABŞ tərəfindən quraşdırılan raketlərdən müdafiə sistemi Şimali Koreya və İran tərəfindən potensial raket zərbələrinin qarşısını almaq məqsədi güdür.

Qeyd edək ki, aprelin əvvəllərində NATO-nun rəsmi nümayəndəsi Oana Lunqensku bəyan edib ki, sözügedən sistem hətta rəsmi Tehranla nüvə proqramına dair əldə edilmiş razılığa baxmayaraq quraşdırılacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR