Vaşinqtonun bir sıra mühüm obyektləri işıqsız qalıb

Vaşinqtonun bir sıra mühüm obyektləri işıqsız qalıb
01:03 8 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC
ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev, Kapitoliya, Dövlət Departamenti və Ədliyyə Nazirliyi də daxil olmaqla bir sıra önəmli binaları qəza nəticəsində işıqsız qalıb. Elektrik enerjisinin kəsilməsi nəticəsində Dövlət Departamentinin gündəlik brifinqi təxirə salınıb. Kapitoliya ehtiyat enerji təminatına keçib. Bəzi binalarda işıq problemi qısamüddətli olub və bir neçə dəqiqədən sonra bərpa edilib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ağ Evdə də enerji fasiləsi qısa olub. Vaşinqtonda bəzi metro stansiyaları ehtiyat enerji ilə işləyib.
Qəzanın səbəbləri hələlik məlum deyil. Rəsmilər ilk açıqlamada bildiriblər ki, hadisənin terror aktı olmasına heç bir əsas yoxdur. Sonradan isə məlumat verilib ki, problemə Vaşinqtona yaxın ərazidə yerləşən Marylandda baş verən partlayış səbəb olub.
Paytaxt ərazisinə elektrik təmin edən “Pepco” şirkətinin fasilənin aradan qaldırılması üçün çalışdığı və hazırda bölgədə 2 min 400 binanın işıq problemi ilə üzləşdiyi bildirilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vasinqtonun_bir_sira_muhum_obyektleri_isiqsiz_qalib-844441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR