Bakı-Qazax magistral yolunda ağır qəza baş verib, yaralılar var

01:17 8 Aprel 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 01:10 ]

Gəncə. Azər Məmmədli – APA. Bakı –Qazax magistral yolunda iki nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə aprelin 7-də axşam saatlarında Zazalı postu yaxınlığında baş verib. “VAZ 21015” markalı avtomobil arxadan “Kam AZ” markalı yük avtomobilinə çırpılıb.

 

Qəza zamanı “VAZ 21015” də olan 1954-cü il təvəllüdlü Telli Qiyas qızı İbrahimova və 1989-cu il təvəllüdlü Rüstəm Azad oğlu Allahverdiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. T. İbrahimovanın vəziyyəti ağır olduğuna görə reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378787

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR