Ağ Ev işıqsız qaldı

Ağ Ev işıqsız qaldı
01:29 8 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqtonun mərkəzində elektrik enerjisinin verilişində məhdudiyyətlər yaşanıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Ağ Ev və Dövlət Departamenti də  daxil olmaqla, bir neçə dövlət idarələri və muzeylər bir müddət işıqsız qalıb.  

 

NBC Washington telekanalı Çarlz Kauntidə yerləşən elektrik yarımstansiyasında problemlərin  yarandığını bildirir. “Rerso” elektrik enerjisi şirkəti insidentin səbəblərini araşdırır. Bir neçə metro stansiyaları “qəza işıqlandırma rejimi”nə keçib. Qatarların hərəkətində problem yaranmayıb.

 

Enerjisinin verilişində məhdudiyyətlərin yaranması səbəbindən Ağ Ev və Dövlət Departamentində brifinqlər  dayandırılıb. Dövlət idarələri dərhal alternativ enerji mənbələrinə keçib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR