Güclü partlayışı bu qadın törədib (VİDEO)

Güclü partlayışı bu qadın törədib (VİDEO)
01:41 8 Aprel 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+

Xarkovda Ukrayna bayrağı ilə partlayış törətməkdə şübhəli bilinən Rusiya vətəndaşı olan qadın saxlanılıb.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Markiyan Lubkivski Facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, saxlanılan qadın "Tereza" ləqəbli tanınmamış Donetsk Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinin əməkdaşıdır.

O, Donetsk döyüşlərində iştirak edib və daha sonra təxribat və kəşfiyyat qruplarının koordinatoru kimi Xarkova dönüb

Qeyd edək ki,dünən axşam Xarkovun mərkəzində güclü partlayış baş verib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR