AEBA İrana şərt kəsdi

AEBA İrana şərt kəsdi
02:24 8 Aprel 2015
67 Dünya
Ölkə mətbuatı
A- A+

İran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə müvafiq saziş imzalandıqdan sonra hər üç aydan bir nüvə proqramı barədə AEBA-ya məruzə verəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə AEBA-nın rəhbəri Yukiya Amano CNN telekanalına müsahibəsində bildirib.  

 

“İran nüvə proqramı barədə bəyannaməni hər üç aydan bir yeniləməyə borcludur”, deyə Yukiya Amano bildirib.   

 

Amanonun sözlərinə görə, əgər AEBA əməkdaşları  ziddiyyət aşkarlayarsa, yaxud onlarda şübhə yaranarsa, onlar obyektə daxil olmaq üçün sorğu verə bilərlər və İran bunu təmin etməlidir.   

 

AEBA rəhbəri həmçinin qeyd edib ki, təşkilat əməkdaşları obyektə gəlməzdən iki saat əvvəl səfəri ilə bağlı İran tərəfinə sorğu verə bilər. Əvvəlki razılaşmaya əsasən, AEBA analoji sorğunu İran tərəfinə 24 saat əvvəl verə bilər. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198562

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR