Qışda xəstələnməmək üçün bu çaylardan için

Qış aylarında qrip və soyuqdəymə kimi müxtəlif virus xəstəlikləri artır.

Metbuat.az xəbər verir ki, xəstəliklərdən qorunmaq üçün bitki çayları köməyinizə çatacaq.

İtburnu çayı

Tərkibi vitamin və minerallarla zəngin olan itburnu min dərdin dərmanıdır. Tərkibindəki likopen, A, B, E, K vitaminləri, maqnezium, dəmir və digər dəyərli minerallar immunitet sistemini gücləndirir. Araşdırmalara görə, itburnunda limondan 60 dəfə çox C vitamini var.

Çayı hazırlamaq üçün

1 şorba qaşığı qurudulmuş itburnu

Yarım lt su

Suyu qaynadıb itburnu əlavə edin. Daha sonra bir neçə dəqiqə qaynamasını gözləyin. Qaynadıqdan sonra içərisinə limon qabığı atıb servis edə bilərsiniz.

Cökə çayı

Cökə çayı xronikləşmiş öskürək zamanı faydalıdır. Qışda qara çay əvəzinə, limonlu cökə çayı içərək immunitetinizi gücləndirə bilərsiniz.

Zəncəfilli limon

Zəncəfilin orqanizmə faydaları saymaqla bitmir. Xüsusilə, tutulmuş burunu açır, tərləmə yolu ilə zərərli maddələri bədəndən xaric edir. Eyni zamanda, baş ağrısı və revmatizma kimi ağrılı xəstəlikləri müalicə edir.

Aysel Yaqubqızı / Metbuat.az

Sarımsaq və limonu birgə qəbul etsəniz... - Nəticəsi möcüzədir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR