“Bakı 2015- ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində növbəti təlim

“Bakı 2015- ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində növbəti təlim
01:33 8 Aprel 2015
35 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, AZƏRTAC 
“Bizim Gənclik” İctimai Birliyinin (İB) reallaşdırdığı “Bakı 2015 – ilk Avropa Oyunlarının könüllüləri” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil olunur.
İB-nin mətbuat xidmətindən AZƏRTAC–a bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün könüllülərin hazırlanmasından ibarətdir. Layihə könüllü olmaq üçün vacib sayılan iki əsas istiqamət üzrə fəaliyyət göstərir. Birinci - könüllü olmaq istəyən hər bir gənc üçün vacib sayılan dil biliyinin inkişafı, ikinci isə təşkilati komanda üçün vacib olan komandada iş prinsiplərinin öyrədilməsi.
İngilis dilində keçirilən təlimlərin əsas mövzusu “İngilis dilində etik danışıq qaydaları” olub.
Qeyd edək ki, layihə çərçivəsində gənclərə işgüzar ingilis dili ilə yanaşı, yerli və beynəlxalq layihələrin təşkili, könüllülərin hüquq və vəzifələri mövzularını əhatə edən təlimlər da keçiriləcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_2015__ilk_Avropa_Oyunlarinin_konulluleri_layihesi_cherchivesinde_novbeti_telim-844443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR