Play Store

Litva ilə diplomatik münasibətlərin qurulduğu gündür

Bu gün Azərbaycanla Litva arasındakı diplomatik münasibətlərin qurulduğu gündür.

Metbuat.az-ın məlumatına görə, Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir (20 dekabr 1991-ci il). İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub. 2007-ci ilin 3 aprel tarixində Litvanın Azərbaycanda, 6 sentyabr 2007-ci ildə isə Azərbaycanın Litvada səfirliyi açılıb. Azərbaycan ilə Litva arasında 35 sənəd imzalanıb, 9 sənəd baxılmaqdadır. Son illərdə iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır.

2011-ci ilin 8 aprel tarixində Azərbaycanın Milli Məclisində Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. Qrupun əvvəlki rəhbəri Fuad Muradov idi. 2015-ci il Parlament seçkilərindən sonra hazırki qrup rəhbəri Kamran Nəbizadədir. 2012-ci ilin 28 oktyabr tarixində yeni seçilən Litva Seymində 21 deputatdan ibarət Azərbaycanla parlamentlərarası əlaqələr üzrə qrup yaradılıb. 2015-ci ilin sonuna qrupun üzvlərinin sayı 51 nəfərə çatıb. Qrupun sədri Yuras Pojeladır.

Azərbaycan ilə Litva arasında iqtisadi sahədə əlaqələr inkişaf etməkdədir. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycan ilə Litva arasında humanitar sahədə əməkdaşlıq inkişaf etməkdədir və iki ölkə arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Litvada əsas diaspor təşkilatı qismində Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) fəaliyyət göstərir. AYOL 2012-ci ildə yaradılmış və 2013-cü ildə qeydiyyatdan keçib. AYOL əsasən Litvada təhsil alan azərbaycanlı tələbələri özündə birləşdirir. Yaranmasından az müddət keçməsinə baxmayaraq, AYOL artıq Litvanın öndə gələn QHT, gənclər qurumları, eləcə də Azərbaycanın bir sıra gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir, Litvada müxtəlif tədbirlər keçirir.

Günay Elşadqızı / METBUAT.AZ

“İki ölkə arasında əlaqələr dostluq və qardaşlıq mərhələsindədir" - Səfirlə MÜSAHİBƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR