Ərdoğana Don Kixot dedilər (FOTO)

Ərdoğana Don Kixot dedilər (FOTO)
02:51 8 Aprel 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərini yerli mətbuat işçiləri özlərinə məxsus şəkildə işıqlandırıblar.

ANS PRESS-in məlumatına görə, səfərdən əvvəl Ankara ilə Tehran arasında münasibətlərin gərginləşməsi, Yəməndəki vəziyyətlə əlaqdar olaraq ölkələrin fərqli mövqelərdən çıxış etməsi onları qarşı-qarşıya qoymuş və Ərdoğan İranı bu mövzuda qınamışdı.

Bu səbəblə də iranlılar Türkiyə prezidentinin işlətdiyi sözlərə görə üzr istəməsini tələb edirdilər. Xüsusilə ölkənin müstəqil mətbuat vasitələri tənqidlərindən çəkinməyiblər. İranın islahatçı qəzetlərindən hesab edilən “Şahrəvand” qəzeti R.T.Ərdoğanın səfəri barədə yazarkən, onun karikaturasını hazırlayıb və “Osmanlı Don Kixotu Tehran-Şahrəvanda” başlığı ilə yayımlayıb.

Qeyd edək ki, Türkiyə prezidentinin Tehran səfəri iranlı siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb. Rəcəb Tayyib Ərdoğanın Yəməndəki hadisələrdə İranı günahlandırması və İrandan qüvvələrini geri çəkməyi tələb etməsi Tehranda etirazlara səbəb olub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR