İtaliyanın “Avvenire” qəzetində Azərbaycanda Avropa Oyunlarına aparılan hazırlıq işlərindən yazılıb

İtaliyanın “Avvenire” qəzetində Azərbaycanda Avropa Oyunlarına aparılan hazırlıq işlərindən yazılıb
02:53 8 Aprel 2015
42 İdman
Ölkə mətbuatı
A- A+


Roma, 8 aprel, AZƏRTAC
İtaliyanın “Avvenire” qəzetinin saytında ilk dəfə cari ildə Azərbaycanda keçiriləcək Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib.
Yazıda qeyd olunur ki, Xəzərin sahilində yerləşən, küləklər şəhəri adlandırılan Bakıda Avropa Oyunlarına hazırlıq sürətlə davam edir. Digər qitələrin bu formatda yarışları artıq keçirilməkdədir. Avropanın idman tarixində ilk dəfə belə bir hadisəsinin yaşanması yarışların aktuallığını daha da artırır.
Məqalədə qeyd edilir ki, Avropa Oyunlarına hazırlıq prosesi çərçivəsində Bakıda bir sıra yeni idman obyektləri inşa olunub. Onlardan biri də Su İdmanı Sarayıdır. Burada istənilən beynəlxalq səviyyəli yarışların təşkili üçün hər cür şərait yaradılıb. Yazıda, “Bakı-2015” ərəfəsində tikilmiş Bakı Olimpiya Stadionu və Atletlər kəndi, yarışı işıqlandıracaq xarici və yerli jurnalistlər üçün yaradılmış şəraitdən də bəhs olunur.
Məqalədə oxucuların diqqətinə çatdırılır ki, mötəbər idman tədbirlərinin keçirilməsi üçün önəmli şəhər sayılan Bakının inkişafına dövlət böyük diqqət ayırır. Belə ki, Azərbaycan “Bakı-2015” ilk Avropa Oyunları ilə yanaşı, 2016-cı ildə Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, futbol üzrə “Avro-2020”nin final mərhələsinin maçları kimi mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyanin_Avvenire_qezetinde_Azerbaycanda_Avropa_Oyunlarina_aparilan_hazirliq_islerinden_yazilib-844444

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR