Odessada təxribatlar hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb

Odessada təxribatlar hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb
03:07 8 Aprel 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 02:51 ]

Bakı-APA. Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları Odessada təxribatlar hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlayıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko bildirib.  

 

“Diversiya qrupları ilə mübarizə çərçivəsində Odessada xüsusi əməliyyat keçirilib, nəticədə 10 nəfər saxlanılıb. Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko prezidentə  bu barədə məruzə verib. Saxlanılan şəxslər təxribat hazırlayıb. Onlardan silah və partlayıcı qurğular götürülüb”, deyə Tseqolko bildirib.  

 

Bundan əvvəl Odessada 8 partlayış törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR