"Robotlar insanlığı məhv edəcək" - Elon Mask

İxtiraçı, mühəndis Elon Mask insanın süni zəkaya qarşı həyatda qalma şansının 5-10 faiz olduğunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, Elon Mask kosmik maşın və raket istehsalçısı “SpaceX” şirkətinin qurucusudur. Məqsədi odur ki, kosmik nəqliyyatlarda və quruda, səsin sürətinə yaxın “Hyperloop” daşıma sistemini qura bilsin. Lakin mühəndis süni zəkaya güvənmir.

Elon Mask süni zəkanın insana hökm etməsinin qarşısını almağa çalışır. Maskın bunun üçün məsləhəti, insanların da süni zəka kimi bir beyin quruluşuna sahib olmasıdır. Bəs, bu necə mümkün olacaq? Elon Mask, insanların beyinlərindəki süni neyron şəbəkələri ilə kompüter və digər elektron cihazları istiqamətləndirə biləcək texnologiya üzərində çalışır.

Maskın iddiasına görə, şirkət 4 il içərisində hədəfinə çatacaq.

Aysel Yaqubqızı / Metbuat.az

"Facebook"dan daha bir YENİLİK - Bundan sonra...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR