MSK-ya daxil olmuş müraciətlərə baxıldı

MSK-ya daxil olmuş müraciətlərə baxıldı
19:03 9 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK-dan Trend-ə verilən məlumata görə, əvvəlcə Komissiyanın 3 yanvar və 5 yanvar 2015-ci il tarixlərində keçirilmiş iclaslarının protokolları təsdiq edilib.

Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İclasda cari məsələlərə də baxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2351581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR