Ramzan Kadırov istefa verəcəyini açıqladı - “Vaxtı çatıb..."

Çeçenistan prezidenti Ramzan Kadırov istefa vermək istəyir.

Metbuat.az-ın məlumatına görə, bu barədə “RİA Novosti” xəbər yayıb. Məlumatda bildirilir ki, Kadırov “Rusiya-1” kanalında “Nail Əsgərzadə ilə fəaliyyətdə olan şəxslər” verilişinin qonağı olub. O, efirdə bildirib ki, Çeçenistanın başçısı postunu tərk etmək istəyir, çünki artıq vaxt çatıb.

Kadırov bildirib ki, istefa onun arzusudur, çünki regionu idarə etmək, xalq və respublika qarşısında məsuliyyət daşımaq çox çətindir. Çeçenistan lideri deyib ki, o, yorulmayıb və Rusiyaya xidmətə davam etməyə hazırdır, ancaq hesab edir ki, indi respublikaya başqa rəhbər lazımdır: “Hesab edirəm ki, vaxt çatıb. Nə vaxtsa mənim kimi lider lazım idi, vuruşmaq, nizam-intizam yaratmaq üçün. Amma bu gün bizdə nizam-intizam, ehtiram, cəmiyyətdə anlaşma var. İlk növbədə bizi Rusiya vətəndaşları kimi tanıyırlar. Hesab edirəm ki, artıq bizdə, Çeçenistan Respublikasında dəyişiklik etmək zamanı çatıb”.

Kadırov mümkün varisin kim olmağı ilə bağlı suala cavabında deyib ki, bu, xalqın qərarı və dövlət rəhbərliyinin müstəsna hüququdur: “Əgər məndən soruşacaqlarsa, siz kimi istəyirsiniz, fikrimdə bir neçə adam var. Hansı ki, onlar bu vəzifəni, öhdəliyi 100% yüksək səviyyədə yerinə yetirə bilərlər. Amma qərar orada veriləcək”.

Kadırov eyni zamanda bildirib ki, Çeçenistan Respublikası Rusiyanın təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir.

Günay Elşadqızı / METBUAT.AZ

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR