Yunanıstan Almaniyadan istədiyi təzminatla borc ödəyəcək

Yunanıstan Almaniyadan istədiyi təzminatla borc ödəyəcək
03:16 8 Aprel 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstanla Almaniya arasında maliyyə məsələləri ilə əlaqədar gərginlik davam edir. Ötən gün rəsmi Afina növbəti dəfə Almaniya hökuməti qarşısında ikinci dünya müharibəsi zamanı Yunanıstanda törədilən zorakılıqlara görə təzminat ödənilməsi tələbini qaldırıb. Yunanıstanın maliyyə naziri Dimitris Madras ilk dəfə həmin dövrdə ölkəyə dəyən ziyanın həcmini hesablayıb. Ortaya çıxan rəqəmlər Yunanıstanın beynəlxalq banklara olan borclarının yarıdan çoxunu ödəməyə imkan verir.

Yunanıstanın ümumi borclarının həcmi 352.7 milyard dollar təşkil edir. Hökumətin Almaniyadan tələb etdiyi məbləğ isə, 302 milyard dollardır. Maliyyə naziri hesablamaların nəticələrini parlamentə təqdim edib.

Yunanıstanın müdafiə naziri Panos Kammenos isə, Amerika Birləşmiş Ştatları hərbi rəhbərliyindən əldə etdiyi sənədlərə əsasən, tələblərin əsaslı olduğunu iddia edib.

Almaniya hökuməti təzminatın müharibədən sonra əldə olunan razılaşma əsasında ödənildiyini bildirir.
Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR