Play Store

Əfqanıstan prezidenti Azərbaycana səfər edəcək

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycana səfər edəcək.

Metbuat.az-ın məlumatına görə, Qaninin 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçiriləcək “Asiyanın Qəlbi” – İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransında iştirak edəcəyi gözlənilir.

Əfqanıstanın Azərbaycandakı səfiri Məhəmməd Taqi Xəlili keçirdiyi mətbuat konfransında deyib ki, ölkələrimiz arasında 5 müxtəlif sahəni əhatə edən anlaşma memorandumu üzərində işə başlamışıq. O bildirib ki, bu günlərdə Bakıda "Asiyanın ürəyi-İstanbul prosesi”nin iclası keçiriləcək.

Səfir, “Azərbaycanlı dostlarımıza tərəfdaşlıq və güclü dəstəyə görə təşəkkür edirik. Tədbirdə Türkiyə, İran, PakistanHindistan xarici işlər nazirləri, eləcə də Avropa təmsilçisi kimi Estoniya xarici işlər naziri iştirak edəcək. Prezidentlər arasında keçiriləcək görüş zamanı Azərbaycanla münasibətləri daha da irəli aparacaq 5 sənədin imzalanması nəzərdə tutulur” deyib.

Ramzan Kadırov istefa verəcəyini açıqladı - “Vaxtı çatıb..."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR