İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə başsağlığı verib.

Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Batumi şəhərində mehmanxanada baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR