Artilleriyaçıların döyüş hazırlığı yoxlanılıb - FOTOLAR

Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib.

Nazirliyin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.

Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər.

Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.

Azərbaycan çempionatının ən bahalı futbolçuları – SİYAHI - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR