Türkiyədə Suriya sərhədini qanunsuz keçməyə cəhd edən 7 rusiyalı saxlanılıb

Türkiyədə Suriya sərhədini qanunsuz keçməyə cəhd edən 7 rusiyalı saxlanılıb
03:12 8 Aprel 2015
38 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 03:47 ]

Bakı-APA. Türkiyənin Qaziantep əyalətində son bir neçə gün ərzində Suriya sərhədini qanunsuz keçməyə cəhd göstərmiş Rusiyanın 7 vətəndaşı saxlanılıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə əyalət administrasiyasından verilən məlumatda bildirilir.

 

“Aprelin 4-də hərbi münaqişədə iştirak etmək məqsədilə Suriya sərhədini qanunsuz keçməyə cəhd göstərən iki Rusiya vətəndaşı saxlanılıb. Onlar Rusiyaya deportasiya edilməsi üçün hüquq-mühafizə orqanlarına təhvil verilib. Aprelin 7-də də sərhəddə beş rusiyalı saxlanılıb”, deyə məlumatda bildirilir.  

 

Saxlanılan şəxslərin kimliyi barədə məlumat verilmir.

 

Qaziantep administrasiyasının martda yaydığı məlumatda Suriyada münaqişə başlayandan İŞİD terror qruplaşmasına qoşulmaq məqsədilə sərhədi qanunsuz keçməyə cəhd edən 59 rusiyalı saxlanıldığı qeyd olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378792

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR