Rusiyalı hakerlər Ağ Evin məxfi məlumatlarını ələ keçirdi

Rusiyalı hakerlər Ağ Evin məxfi məlumatlarını ələ keçirdi
04:34 8 Aprel 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyalı hakerlər Ağ Evin kompüter şəbəkəsinə daxil ola biliblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.   

 

Məlumata görə, hakerlər ABŞ prezidenti Barak Obamanın iş qrafikinin detalları kimi məxfi məlumatları əldə etməyə müvəffəq olublar.  

 

İnsident Federal Təhqiqatlar Bürosu tərəfindən araşdırılır. Xüsusi xidmət orqanlarının məlumatına görə, bu indiyədək ABŞ  hökumət sistemlərinə edilən haker hücumlarının ən məharətlisidir. Kiber hücum müxtəlif kompüterlər vasitəsilə eyni vaxtda dünyanın müxtəlif yerlərindən həyata keçirilib.

 

CNN telekanalı araşdırma zamanı müəyyən edilmiş spesifik kompüter kodlarına əsaslanaraq  insidentdə Rusiya “izi” olduğunu qeyd edir.

 

Hadisə ilə əlaqədar rəsmi qurumlar tərəfindən şərh hələlik verilməyib.     


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198568

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR