“ABŞ bizə kömək edə bilməz” (FOTO)

“ABŞ bizə kömək edə bilməz” (FOTO)
04:36 8 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

İranda səfərdə olan qardaş ölkənin prezidenti daha bir əhəmiyyətli görüş keçirib.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfəri çərçivəsində ölkəni ali dini lideri Ayətullal Əli Xamneyi ilə də bir araya gəlib.

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin də iştirak etdiyi görüş Xamneyinin ofisində bağlı qapılar arxasında baş tutub. Bu barədə “İrna” xəbər agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, Xamneyi Ərdoğanla görüşü zamanı islam aləmindəki ölkələrin hər birinin gücünün, əslində islam ümmətinin gücü olduğunu dilə gətirib.

“İİR-nin başlıca siyasəti islam ölkələrinin bir-birini gücləndirməsi və zəiflətməkdən çəkinməsidir. Bunun üçün də ölkələrimiz arasındakı əlaqələri gücləndirməyə çalışmalıyıq” – deyə Xameneyi bildirib.

Bundan başqa İranın ali dini lideri ABŞ və Qərb ölkələrinin onlar üçün heç vaxt tərəfdaş olmayacaığın da vurğulayıb: “ Bizim həmişə üstündə dayandığımız məsələ budur ki, İslam ölkələri ABŞ-dan və Qərbdən heç bir kömək ummamalıdır. Çünki bu gün biz, Qərbin bölgədə apardığı siyasətin nəticəsinin islamın və regionun zərərinə olduğunu açıq-aşkar görürük”.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336522

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR