“Onlar müsəlman deyil” (FOTO)

“Onlar müsəlman deyil” (FOTO)
03:41 8 Aprel 2015
40 Dünya
Ölkə mətbuatı
A- A+

İranda səfərdə olan Türkiyə Cümhuriyyətinin prezidenti daha bir əhəmiyyətli görüş keçirib.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfəri çərçivəsində ölkəni ali dini lideri Ayətullal Əli Xamneyi ilə də bir araya gəlib. Bu barədə “İrna” xəbər agentliyi xəbər yayıb.

Xamneyinin ofisində bağlı qapılar arxasında baş tutan görüşdə bir sıra əhəmiyyətli mövzular müzakirə edilib.

Xəbərdə bildirilir ki, R.T.Ərdoğan Xamneyinin islam ölkələrinin bölgədə güclənməsi fikrinə dəstək olaraq, müsəlmanların vəhdət göstərməyinin tərəfində olduğundan, Yaxın Şərqdə müsəlman əhalinin zorakılığa məruz qalmağından söz açıb.

“Bölgədə yaşanan hadisələr, islam dünyasındakı problemlər Qərbin müdaxiləsi olmadan öz içində həll olmalıdır. Bunun üçün də biz öz aramızda köməkləşməyi, birlikdə problemlərin həllini axtarmağı seçməliyik. Qərbdən kömək gözləmək mənasızdır. Həmçinin, mən İŞİD-çiləri müsəlman olaraq görmürəm və onlara qarşı mövqeyimi göstərmişəm” – deyə Türkiyə prezidenti bildirib.

Qeyd edək ki, İranın ali dini lideri də islam ölkələrinin öz aralarında köməkləşməli olduğunu, Qərbdən əlini üzməli olduğunu vurğulayıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336523

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR