Məsum öpüş uşağı öldürürdü - HERPES VİRUSU

Bir yaşlı Parker məsum bir öpüşə görə ölümdən dönüb.

Metbuat.az xəbər verir ki, “Daily Mail”in xəbərinə görə, valideynləri uşağı yüksək hərarət, dərisində qabarcıqlar və qızarıqlıq şikayəti ilə dərhal xəstəxanaya aparıblar. 2 fərqli həkim müayinəsindən keçdikdən sonra uşağın qan analizləri yoxlanılıb. Həkimlər uşaqda “herpes virus”u aşkarlayıb.

Bir həftə ərzində reanimasiyada antibiotik müalicəsi alan Parkerin həyatını xilas ediblər.

Həkimlərin sözünə görə, virus uşağa dodağında uçuq olan birindən keçib. Uşağa zamanında müdaxilə olunmasa, onun həyatını xilas etmək mümkün olmayacaqdı.

Aysel Yaqubqızı / Metbuat.az

Vəbadan ölənlərin sayı artıb -Yəməndə

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR