Play Store

““Hizbullah”ın ölkəni idarə etmək qabiliyyəti yoxdur” Saad Həriri

“İran “Hizbullah” əlilə Livanın sabitliyinin pozur”.

Metbuat.az-ın məlumatına görə, bunu Livan baş naziri Saad Həriri Səudiyyə Ərəbistanında nəşr olunan bir jurnala verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, “Hizbullah”ın silahları ilə bağlı məsələ regional məsələdir və Livan, bu mövzuyla bağlı heç bir şey edə bilməz: ““Hizbullah”ın ölkəni idarə etmək qabiliyyəti yoxdur. Onların gücü İranın təmin etdiyi silahlardan gəlir”.

Həriri Səudiyyə Ərəbistanının İran və “Hizbullah”la bağlı sərt açıqlamasını başa düşdüklərini və haqq verdiklərini deyib. Suriyada davam edən döyüşlə bağlı açıqlamasında isə Həriri deyib: “Rusiyanın Suriyaya müdaxilə etmək qərarının Bəşər Əsədin devrilməsi ilə əlaqəsi yoxdur. İran, Suriyada müvəffəqiyyətsiz olduqları üçün ruslardan müdaxilə tələb edib”.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR