Prezident peyğəmbər məscidində namaz qıldı FOTO

Prezident peyğəmbər məscidində namaz qıldı FOTO
05:21 8 Aprel 2015
820 Ölkə
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanında rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev müqəddəs Məkkə şəhərinə gedərək ailəsi ilə birlikdə Ümrə ziyarətini həyata keçirib.

ANS PRESS-in məlumatına görə, prezident İlham Əliyev və ailəsi Məkkədən sonra Mədinə şəhərinə gedərək burda Peğəmbər məscidini (Məscidi Nəbəvi) və Həzrəti Muhammədin (ƏS) məqbərəsini ziyarət ediblər.

Bu məsciddə Məhəmməd peyğəmbərin dəfn olunduğu yerə müstəsna hallarda ali qonaqların daxil olmasına icazə verilir. Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində böyük hörmətlə qarşılanan Prezident İlham Əliyevə olan yüksək münasibətin və onun nüfuzunun nəticəsi idi ki, dövlətimizin başçısına Peyğəmbər məscidində dərin ehtiram göstərildi, Məhəmməd peyğəmbərin dəfn olduğu yer müstəsna hal kimi ali qonağın və ailə üzvlərinin ziyarəti üçün açılıb.

Prezident və ailəsi həmçinin Peyğəmbər məscidində namaz qılaraq dualar ediblər.

ANS PRESS həmin ziyarəti əks etdirən fotoları oxucuları ilə paylaşır:






Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=336527

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR