Qaynananızı şikayət edə bilərsiniz - Abort tələb edirsə...

Bu gün ailələr yeni doğulacaq körpənin oğlan olmasına üstünlük verirlər.

Xüsusən də, qaynana və qaynatalar uşağın cinsiyyətinin qız olduğunu öyrənən zaman onun abort olunmasını istəyir və buna görə anaya təzyiq göstərməyə başlayırlar. Satistika da bunu təsdiq edir. Belə ki, bu ilin ötən dövrü ərzində Azərbaycanda doğulan oğlan uşaqlarının sayı qızlardan 7 faiz çox olub. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqları təşkil edib.

“Hətta kişinin belə hər hansı məsələdə qadının iradəsinə zidd olaraq təziq göstərmək hüququ yoxdur”.

Bunu Metbuat.az-a açıqlaması zamanı Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, qız uşaqlarının dünyaya gəlməsinə süni maneələr yaradılır:

“Abortun ananın razılığı ilə keçirilməsi qanunvericiliyə zidd deyil. Amma istənilən şəxsin (Məsələn, qadının əri, qaynanası, qaynatası, doğma ana və atasının) ona təzyiq göstərməsi qanunvericiliyə ziddir. Abort etdirməsi ilə bağlı qadını məcbur edən şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər. Bunun üçün həmin şəxs şikayət etməlidir. Təbii ki, bu cür hallar olub. Məsələ ilə bağlı statistik rəqəmlər də narahatedicidir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Bakıda “Xuruşovka”larda yaşayanlar, MÜTLƏQ OXUYUN! - VACİB XƏBƏR – Oxumaq üçün tıklayın!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR