İstanbulda böyük Azərbaycan şairi Şəhriyarın xatirəsi anılacaq

06:03 8 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 8 aprel, Zərəngiz Mansurova, AZƏRTAC 
Aprelin 18-də İstanbulda Böyükşəhər Bələdiyyəsinin baş mədəniyyət idarəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsi anılacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad AZƏRTAC-a bildirib ki, tədbirdə şairin həyat və yaradıcılıq yolu geniş şəkildə diqqətə çatdırlacaq.
Şəhriyarşünas alim kimi Esmira Fuad tədbirdə geniş məruzə ilə çıxış edəcək.
Xatırladaq ki, alimin 2014-cü ildə İstanbulda türkcə nəşr edilmiş “Şəhriyar” yüksək qiymətləndirilib və Böyükşəhər Bələdiyyəsi tərəfindən təqdimatı keçirilib. Kitabda alimin monoqrafiyası və Şəhriyarın əsərlərindən seçmələr yer alıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_boyuk_Azerbaycan_sairi_Sehriyarin_xatiresi_anilacaq-844445

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR