Quranı tarixdə dəfn etmək istəyən nazirin ibrətli ölümü

Quranı tarixdə dəfn etmək istəyən nazirin ibrətli ölümü
06:31 8 Aprel 2015
62 Sosial
Ölkə mətbuatı
A- A+

Türkiyədə hərf inqlabının olduğu dörvlərdə (1928-ci il) bu dəyişikliklə birlikdə Qurani Kərimi də tarixə dəfn edəcəyini deyən təhsil naziri acıncaqlı aqibətə düçar olub. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin tanınmış onkoloq həkimi mərhum Haluk Nurbaki öz xatirələrində yazıb.

“Rəhmətlik atam o vaxt Konyada yeganə mətbu orqan olan “Babalık” qəzetinin baş yazarı idi. Ondan eşitdiyim hadisəni olduğu kimi danışıram: O dövrün ilk maarif vəkili (təhsil naziri) Mustafa Necati Konyaya gəlmiş və latın hərflərinin üstünlüyündən danışmaq üçün konfrans təşkil etmişdi. Şəhərin hər tərəfinə yapışdırılmış elanlarda, “Əski əlifba ilə birlikdə Quranı da tarixə dəfn etdik” – yazılmış və ertəsi gün saat 10.00-da konfrans keçiriləcəyi bildirilmişdi. Axşam möhtəşəm bir ziyafət təşkil olundu. Yeməkdən sonra M. Necatidə appendisit spazmı başladı və tələsik xəstəxanaya çatdırılaraq əməliyyat olundu. Bütünb xəstəxana, həttabütün Konya həyəcanlı idi. M. Necati xilas olundu, amma Quran barədə xoşagəlməz söz demişdi. Gecənin yarısı mümkünsüz deyiləcək bir şey oldu və Necatinin yatdığı çarpayının yan dəmiri sındı. Xəstə yerə yıxılmış və əməliyyat yeri partlamışdı. Ertəsi gün isə saat 10.00-da – konfransın keçiriləcəyi saatda ölmüşdü. Quranı tarixə dəfn eləmək istəyənlər özləri tarixin ən iylənmiş səhifələrində yox olmuşdular...” – deyə Nurbaki xatirələrində bildirir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=336532

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR