İstanbulu qana bulayan terrorçu zərərsizləşdirilib?

Bir neçə gün əvvəl Tiflisdə keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilən 3 silahlıdan biri məşhur terrorçu Əhməd Çatayev ola bilər.

Metbuat.az-ın məlumatına görə, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelauri bildirib ki, həmin terrorçu Çatayevə çox bənzəyir.

Lakin dəqiq cavabı yalnız ekspertiza aparıldıqdan sonra almaq mümkün olacaq. İstintaqa Amerika Birləşmiş Ştatlarından olan ekspertlərin də cəlb olunduğunu bildirib.

Qeyd edək ki, Qomelaurinin bəs etdiyi məşhur terrorçu 2016-cı ilin yayında İstanbul hava limanında törədilmiş terror aktında da şübhəli bilinirdi

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR