Yadplanetliləri tutduq, vurduq, sorğu-sual etdik -

1963-1967-ci illərdə Kanadanın Müdafiə naziri olan Paul Heliyer maraqlı açıqlamalar verib.

Metbuat.az-ın məlumatına görə, o 1960-cı ildə yadplanetlilərlə əlaqə qurulduğunu irəli sürüb. Keçmiş nazirin sözlərinə görə, həmin vaxt 4 formada 50 yadplanetli Yerə gəlib. Lakin onlar vurulub. Sabiq nazir bu hadisənin ört-basdır edilməsi üçün külli miqdarda pul xərclədiklərini irəli sürüb:

"İllər əvvəl başqa planetdən gələnlər oldu. Onlar bizə Dünyanın pis istiqamətdə inkişaf etdiyi barədə xəbərdarlıq etdilər. Yadplanetlilər bizə köməklik təklif etsələr də, biz onları təhdid kimi qəbul edib vurduq. Ardınca isə sorğu-sual etdik".

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR