Bali adasında təhlükə davam edir -

İndoneziyanın Bali adasındakı Aqunq vulkanının püskürməsi nəticəsində 30 minə qədər sakin təxliyə edilib.

Metbuat.az-ın məlumatına görə, yanardağın 10 km əhatəsində yerləşən bütün evlər boşaldılıb. Təxliyyə, vulkanda yeni güclü partlayışın ola biləcəyi ilə bağlıdır. Sakinlərə kraterdən ayrılan zərərli qazlardan qorunmaq üçün xüsusi maskalar paylanılır.

Hazırda vulkanın püskürdüyü kül 8 km hündürlüyə çatır. Bölgədə təyyarə reysləri təxirə salındığından, 100-lərlə turist adadan ayrıla bilmir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR