İranlı güləşçi israilli idmançı ilə qarşılaşmamaq üçün qəsdən uduzub

Güləş üzrə U-23 Dünya çempionatında sərbəst güləş üzrə 86 kiloqram çəki dərəcəsində mübarizə aparan İran güləşçisi Əlireza Kərimi Maxani növbəti mərhələdə israilli güləşçi ilə güləşməmək üçün rəqibinə qəsdən uduzub.

Metbuat.az-ın məlumatına görə, Polşada keçirilən çempionatda rusiyalı rəqibi Əlixan Cəbrayılova qarşı güləşən iranlı matçın ortasında 3-2 hesabı ilə irəlidə olduğu an onun məşqçiləri matçı dayandırıblar.

Məşqçilər Əlirezaya "sən uduzmalısan" çağırışları edib.

Buna səbəbin, digər matçda israilli güləşçinin amerikalı rəqibini məğlub edərək, bu matçın qalibiylə mübarizə aparacağı olub.

İddia olunur ki, iranlı məşqçilər bunu anladıqda müdaxilə edərək Əlireza Kərimini uduzmağa məcbur ediblər.

Matça bir daha başladıqda, Əlireza Kərimi rəqibinin sıçrayışının qarşısını almadığına görə yıxılaraq matçı 14-3 hesabı ilə uduzub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR