Suriyada vətəndaş müharibəsi 25 min qadının həyatına son qoyub

Suriyada 2011-ci ilin martından başlayan vətəndaş müharibəsi zamanı 24 746 qadın həlak olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyada fəaliyyət göstərən Suriya İnsan hüquqları təşkilatının hesabatında deyilir.

Qeyd olunur ki, onların 11,5 minə yaxını uşaq və yeniyetmə olub.

20 mindən çox qadın hava hücumları, kimyəvi zərbələrin və hökumət ordusunun əməliyyatları zamanı həlak olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR