"Əfqanıstan strategiyası uğursuzluğa düçar olub" -

ABŞ-ın Əfqanıstanda terrorçulara qarşı hərbi əməliyyatlar aparması sakinlərin həyatı üçün ciddi təhlükə törədir.

Metbuat.az-ın məlumatına görə,bu ölkənin keçmiş prezidenti Həmid Kərzay bildirib ki, Vaşinqtonun Əfqanıstan strategiyası uğursuzluğa düçar olub. Onun sözlərinə görə, Əfqanıstan xarici qüvvələrin rəqabət meydanı deyil, əməkdaşlıq mərkəzi olmalıdır:

"2001-ci ildə Birləşmiş Ştatlar və müttəfiqlərinin gəlişi ilə ölkəmizdə sülhün bərqərar olacağını düşündük. Əvvəl elə də oldu. Lakin sonradan toqquşmalar yenidən şiddətləndi. Vaşinqton əfqan xalqına bu uğursuzluğun səbəblərini açıqlamalıdır".

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR