Neftin qiyməti dirçəlir

Neftin qiyməti dirçəlir
06:06 8 Aprel 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Neftin qiyməti 60 dollara yaxınlaşır.

İranla "altılıq" ölkələri arasında əldə olunan razılıq fonunda neftin qiymətində dəyişiklik müşahidə olunsa da, bu, çox çəkməyib.

ANS PRESS-in məlumatına görə, Nyu-York və London birjasında neft fyuçerslərinin qiymətində yenidən bahalaşma qeydə alınıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1.34 dollar artaraq 53,07 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 3.44 dollar bahalaşaraq 58,39 dollar olub.

Qeyd edək ki, ötən gün WTI neftinin qiyməti 1 barelə görə 51,73 dollar, Brent markalı neftin 1 barelinin qiyməti isə 54,95 dollar idi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=336536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR