Şəhriyar İstanbulda anılacaq

Şəhriyar İstanbulda anılacaq
07:11 8 Aprel 2015
42 Şou
Ölkə mətbuatı
A- A+

Aprelin 18-də İstanbulda Böyükşəhər Bələdiyyəsinin baş mədəniyyət idarəsinin təşkilatçılığı ilə böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın xatirəsi anılacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad bildirib ki, tədbirdə şairin həyat və yaradıcılıq yolu geniş şəkildə diqqətə çatdırlacaq.

Şəhriyarşünas alim kimi Esmira Fuad tədbirdə geniş məruzə ilə çıxış edəcək.

Xatırladaq ki, alimin 2014-cü ildə İstanbulda türkcə nəşr edilmiş “Şəhriyar” yüksək qiymətləndirilib və Böyükşəhər Bələdiyyəsi tərəfindən təqdimatı keçirilib. Kitabda alimin monoqrafiyası və Şəhriyarın əsərlərindən seçmələr yer alıb.

Mənbə
AzərTac



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=336537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR