Boris Nemtsovun qırxı çıxdı VİDEO

Boris Nemtsovun qırxı çıxdı VİDEO
07:21 8 Aprel 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada bir müddət əvvəl qətlə yetirilən müxalifət lideri Boris Nemtsovun xatirəsi yad edilib. Qətlin 40-cı günündə bir qrup müxalifət tərəfdarı Nemtsovun memorialı ətrafında toplaşıblar. Mitinq etiraz aksiyası məqsədi daşıyb. Fəallar memorialın üzərinə “Nemtsovun qatili bəllidir” şüarları yazılmış plakard asıblar.

Nemtsov fevral ayının 27-sində Kreml yaxınlığında silahlı hücum nəticəsində öldürülmüşdü.

Cinayətlə əlaqədar 5 çeçen əsilli şəxs saxlanılıb.

Nemtsovun qızı Janna Nemtsova atasının qətlindən sonra müxalifət cəbhəsində bir susqunluğun yarandığını deyib. Onun sözlərinə görə, insanlar fikirlərini ifadə etməkdən çəkinirlər. Nemtsova qeyd edib ki, hazırda qətllə əlaqədar aparılan istintaqın sonunda nə cinayətkarların, nə də sifarişçilərin cəzalandırılacağına inanmır.

Janna Nemtsova: “Düşünürəm ki, müxalifət liderlərinin öz mövqelərini qoruyub saxlaması onlar üçün çətin olacaq. Mənim atam dəyərli siyasi lider idi. O, müxalifətin aparıcı şəxsiyyətlərindən biri idi. Onun öldürülməsi müxalifətin başının kəsilməsi deməkdir”

Nemtsov ölümündən əvvəl Moskvanın Krımla bağlı planlarına dair məruzə ilə çıxış etməyə hazırlaşırdı.

Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR