Dubay əmiri 600-dən çox məhbusu əfv edib

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl-Məktum 606 məhbusu əfv edib.

Metbuat.az-ın məlumatına görə, bu qərar dekabrın 2-də BƏƏ-nin yaranmasının 46-cı ildönümü münasibətilə qəbul edilib.

Həmin gün həmçinin dövlət və özəl şirkətlərin əməkdaşlarına əlavə istirahət günü veriləcək.Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR