BDYPİ: Respublikanın bəzi avtomobil yolları buz bağlayıb

BDYPİ: Respublikanın bəzi avtomobil yolları buz bağlayıb
19:07 9 Yanvar 2015
153 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 18:50 ]

Bakı. Fuad Cəfərov - APA. Baş Dövlət Yol Polisi İdarəsi bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yağan qar respublikanın bəzi yollarında buzlaşmaya səbəb olub: “Yağan qar nəticəsində Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı istiqamətlərində avtomobil yollarının müəyyən hissələrində buzlaşma qeydə alınıb”.

 

Sürücülərdən avtomobillərdən göstərilən istiqamətlərdən mümkün qədər az istifadə etmələri xahiş olunur. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR