İki nəhəng şirkət birləşir

İki nəhəng şirkət birləşir
07:51 8 Aprel 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Enerji nəhəngi “Royal Dutch Shell” Britaniyanın üçüncü enerji şirkəti BG qrupu ilə birləşmək üçün danışıqların yetkin mərhələsindədir.

ANS PRESS-in məlumatına görə, bu mega-birləşmə ümumi kapitalı 296 milyard dollar olan yeni şrkətin yaranması ilə nəticələnə bilər.

“Shell” şirkəti bu barədə hər hansı şərh verməkdən imtina edib. BG qrupu isə bildirir ki, “Shell” son sözünü mayın 5-dək deməlidir.

Təhlilçilər bildirirlər ki, bu birləşmə baş verərsə, onun əsas səbəblərindən biri də neft qiymətlərinin düşməsi olacaq.

BG qrupu bildirib ki, neft qiymətlərinin düşməsi ilə əlaqədar 9 milyard dollarlıq kapitalını satışa çıxarmağa hazırlaşır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=336540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR