Terror aktı nəticəsində ölənlərin sayı artıb - Misirdə

Misirin Əl Ariş şəhərində yerləşən Ravda məscidində baş verən terror aktında ölənlərin sayı 309-a çatıb.

Metbuat.az xəbər verir ki, ölü sayının artacağı istisna edilmir. Buna səbəb isə yaralıların sayının çox olmasıdır.

Xatırladaq ki, hadisə cümə günü günorta namazı zamanı baş verib. Misir Baş Prokurorluğu məscidi hədəfləyən hücumda 27-si uşaq olmaqla 305 nəfərin öldüyünü açıqlamışdı.

Baş Prokurorluq terrorun İŞİD tərəfindən həyata keçirildiyini açıqlayıb. Terrorçular 25-30 nəfər olub.

Aysel Yaqubqızı / Metbuat.az

Misirdə kütləvi qətli İŞİD-in törətdiyi - Təsdiqləndi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR