Play Store

Vulkandan püskürən küllər səmanı bürüdü - FOTOLAR

İndoneziyanın turistik adası olan Balidəki Aqunq vulkanından püskürən küllər və duman səmanı bürüyüb.

Metbuat.az xəbər verir ki, vulkanın partlama ehtimalı var. Bali dövləti 100 mindən çox insanın evlərini tərk etməsini istəyib. Bölgədə təxliyyə işləri davam etdirilir. Minlərlə insan ilk fürsətdə ərazidən qaçır.

Hazırda, adada dünya ilə əlaqə kəsilib. Əraziyə hava uçuşları dayandırılıb. Beynəlxalq hava limanı ən azı 24 saat bağlı olacaq.

Beynəlxalq xəbər agentlikləri ərazidən fotoları dünya mediasına yaymaqda davam edir.

Xatırladaq ki, 1963-cü ildə partlayan Aqunq vulkanı 1100 insanın ölümünə səbəb olmuşdu. Vulkan son olaraq sentyabr ayında kül püskürmüş və bölgədə yaşayan 130 min insan təxliyə edilmişdi.

Aysel Yaqubqızı / Metbuat.az

Terror aktı nəticəsində ölənlərin sayı artıb - Misirdə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR