Bunu edin, kombiyə görə qaz pulu 35 faiz azalacaq – VİDEO

İsti su xətləri, radiatorlar, bir sözlə bütün kombi sistemi xüsusi avadanlıqla yuyulur və bununla da qaz sərfiyyatı azalır. Metbuat.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, kombi sistemi xüsusi avadanlıqla yuyulur və proses zamanı şəbəkədən qapqara rəngli su tökülür. Üstəlik, su tamamilə lildən ibarətdir.

Ölkəmizə yeni gətirilən avdanlıq vasitəsi ilə radiatorlar və kombi açılmadan bir nöqtədən qoşulmaqla kombi sistemini yumaq mümkündür. Bu üsul isə qaza böyük həcmdə qənaət etməyə imkan verir.

Sistem yuyulduqdan sonra tıxanmış yollar açıldığından, su daha rahat dövr elədiyi və təmiz suyun qızması daha tez baş verdiyi üçün qazın sərfiyyatı da azalır.

Usta Zaur Allahverdiyevin sözlərinə görə, radiotorun içindəki su təmizlənmədikdə bu, tez-tez kombilərin sıradan çıxmasına və evin yaxşı isinməməsinə səbəb olur.

Bu prosesin maksimum hər 4 ildən bir təkrarlanması məsləhət görülür.

Namiq Qaraçuxurlu atası ilə FOTOSUNU paylaşdı - Bu sözləri yazdı... - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR