Terror təşkilatına hava hücumu - 41 hədəf məhv edilib

Türkiyə Silahlı Qüvvələri (TSQ) İraqın şimalındakı Asos bölgəsində yerləşən PKK terror təşkilatına hava hücumu təşkil edib.

Metbuat.az xəbər verir ki, qırıcı təyyarələr Asos bölgəsində terrorçulara aid sığınacaq, kömürxana və tunellər də daxil olmaqla 41 hədəfi məhv edib.

TSQ-nin məlumatına görə, əməliyyata qatılan qırıcı təyyarələr və pilotsuz uçuş aparatı uğurla geri dönüb.

Aysel Yaqubqızı / Metbuat.az

"Kimyəvi silah ehtiyatları məhv edilməlidir" - Putin

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR