Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığında baş verən yanğın söndürülüb

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə sualtı qayığında baş verən yanğın söndürülüb
08:02 8 Aprel 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

[ 08 Aprel 2015 08:33 ]


Bakı-APA. Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus “Oryol” nüvə sualtı qayığında ötən gün yerli vaxtla 14.00-da başlayan yanğın (Bakı vaxtı ilə 16.00) söndürülüb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, təmirə dayanan qayıqda yanğın  Severodvinsk şəhərindəki “Zvyozdoçka” tərsanəsində qaynaq işləri zamanı baş verib.

 

Hazırda yanğının tamamilə söndürüldüyü bildirilir. Məlumata görə, döyüş sursatı təmirdən əvvəl qayıqdan çıxarılıb, nüvə reaktoru isə qapanmış vəziyyətə gətirilib.   

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Yanğına səbəb qayıqda qaynaq işlərinin texnologiyasında yol verilmiş nöqsanların olduğu ehtimal edilir.  

 

Fakt üzrə cinayət işi başlanıb. Hadisə yerində əməliyyat-istintaq qrupu araşdırma aparır, hadisənin səbəbləri müəyyənləşdirilir. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR