Bakı aeroportunda EVLİLİK TƏKLİFİ - Qız YOX dedi / VİDEO

Bakıda daha bir qeyri-adi evlilik təklifi olub.

Məlumata görə, bu dəfə təklif Heydər Əliyev adına Beynəlxalq Hava Limanında edilib.

Gənc oğlan hava limanına gələnlərin təəccüblü baxışları altında sevdiyi qızın qarşısında diz çökərək, ona evlilik təklif edib və üzük verib. Bu anlarda isə onlara skripka ifaçısı və yaxınları dəstək olublar.
Uşaqlar cütlüyün ətrafında "Əsra, mənimlə evlənərsənmi?" yazılan plakat tutublar. Gənc qız əvvəlcə sevgilisinə zarafatla "yox" deyib. Lakin bir neçə saniyə sonra təklifi müsbət cavablandırıb.
Üzüyü sevgilisin barmağına taxdıqdan sonra gənclər yaxınlarının təbriklərini qəbul etməyə başlayıblar. //İstipress

Həmin görüntüləri təqdim edirik:

Dünyada ilk plastik əməliyyat və nəticəsi... - FOTOLAR - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR