Polis qaradərili vətəndaşı öldürdü

Polis qaradərili vətəndaşı öldürdü
08:11 8 Aprel 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina ştatında polis qaradərili vətəndaşı atəş açaraq öldürüb.

ANS PRESS-in məlumatına görə, Şimali Çarlston şəhərində baş vermiş hadisə həvəskar kadrlarda öz əksini tapıb.

Kadrlarda öldürülən şəxs olan Uolter Skotun polisdən qaçmağa çalışdığı görülür.

Lakin polis Maykl Sleqer dərhal silahına əl ataraq ona arxadan bir neçə dəfə atəş açır. Qaradərili 50 yaşlı şəxs elə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı istintaq araşdırması başladılıb. Polis Sleqer həbs olunub.

Məlumata görə, polis Skotun avtomobilində arxa işıqlardan birinin zədələnməsi ilə əlaqədar onu saxlayıb. Bir qədər sonra məsələ tərəflər arasında mübahisəyə çevrilib.

Mənbə
Associated Press



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=336545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR