Respublikanın bəzi avtomobil yolları buz bağlayıb

19:12 9 Yanvar 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Baş Dövlət Yol Polisi İdarəsi bu saata respublikanın avtomobil yollarında olan son vəziyyətlə bağlı məlumat yayıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimai qurumlarla əlaqə şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, yağan qar respublikanın bəzi yollarında buzlaşmaya səbəb olub: “Yağan qar nəticəsində Quba-Qusar-Xaçmaz , Yevlax-Zaqatala, Ağsu aşırımı, Muğanlı-İsmayıllı istiqamətlərində avtomobil yollarının müəyyən hissələrində buzlaşma qeydə alınıb”.
 
Sürücülərdən avtomobillərdən göstərilən istiqamətlərdən mümkün qədər az istifadə etmələri xahiş olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR